Türkiyə Super Kuboku uğrunda oyun olub. Qətərdə keçirilen həlledici görüşdə hazırkı çempion “Beşiktaş” Türkiyə kubokunun finalçısı “Antalyaspor”la üz-uzə gelib. Görüşdə hesabı 33-cü dəqiqədə açılıb. “Beşiktaş”ın heyətində Atiba Hatçinson fərqlənib. İlk hissə “Beşiktaş”ın minimal hesablı üstünlüyü ilə başa catıb. Fasilədən sonra da Hatçinson diqqət mərkəzinə düşüb. Giray Vuralın zərbəsindən sonra Atibaya dəyib istiqamətini dəyişən top qapıdan keçib -1:1.
Matçın əsas vaxtı bu hesabla yekunlaşıb. Qalibi müəyyənləşdirmək ücün komandalar əlavə yarımsaat oynamalı olublar. Burda da tərəflər fərqlənə bilməyiblər. Qarşılaşmanın taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Daha dəqiq olan “Beşiktaş” futbolçuları qələbə qazanaraq Türkiyə Superkubokuna sahib cıxıblar. Bu “qara qartallar”ın analoji yarışda 9-cu tituludur.